Haberler

Konfrans Liqası: ‘Neftçi’dən əzmkar heç-heçə

“Neftçi” bu gün UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

“Haber Azerbaycan” xəbər verir ki, “ağ-qaralar” II təsnifat mərhələsinin ilk oyununa Bosniya və Herseqovinada çıxıb. Rəqib ölkənin titullu klublarından “Jelezniçar” olub.

“Qrbavitsa” stadionundak oyunda “Neftçi” iki dəfə hesabda geri düşsə də, bərabərliyi təmin edə bilib – 2:2.

Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.

Konfrans Liqası

II təsnifat mərhələsi

İlk oyun

27 iyul

23.00 Jelezniçar (Bosniya və Herseqovina) – Neftçi (Azərbaycan) 2:2

Qollar: Cenan Haraçiç, 12. Cozef Amoa, 45+10 – Aleksandar Kosoriç, 42. Rəhman Hacıyev, 90+5.

Jelezniçar: 1. Edis Mulaliç, 5. Aleksandar Kosoriç, 19. Amar Drina, 33. İrfan Yaşareviç, 8. Nedim Mekiç, 18. Edin Biber, 7. Süleyman Krpiç, 17. Andriya Drlyo, 26. Cozef Amoa, 9. Cenan Haraçiç.

Baş məşqçi: Nermin Başiç.

Neftçi: 1. İvan Brkiç, 4. Mark Tamaş, 5. Kenni Sayef, 7. Azər Əliyev, 8. Emin Mahmudov, 10. Filip Ozobiç, 11. Kilan Lebon, 14. Eddi İsrafilov, 23. Ataa Cabir, 26. Ömər Buludov, 44. Yuri Matias.

Baş məşqçi: Adrian Mutu.

Baş hakim: Yuri Frişer (Estoniya).

Sarayevo, “Qrbavitsa” stadionu.

Haber Azerbaycan

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu